• Bakı 24° C

    4.4 m/s

Əhaliyə ŞAD XƏBƏR - Pensiyalar hər il ARTIRILACAQ

CƏMİYYƏT

28 Sentyabr 2022 | 15:14

Əhaliyə ŞAD XƏBƏR - Pensiyalar hər il ARTIRILACAQ

Azərbaycanda əməkhaqqlarındakı artımlardan asılı olmayaraq pensiyalar hər il artırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" qanunda mahiyyət və məzmun dəyişiklikləri ilə bağlı təkliflərin əsaslandırılmasında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sosial islahatlar programi ahalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədini uğurla reallaşdırır. Bu istiqamətdə "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29.12.2020-ci il tarixli 240-VIQD nömrəli Qanunu qəbul edilərək əmək pensiyalarının sığorta hissələrinə elavələr ləğv edilmiş, analoji kateqoriyadan olan təqaüdlərlə birləşdirilmiş, fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olan şəxslərə 25 il sığorta amnistiyasının müddəti 1 yanvar 2023-cü ilədək uzadılıb.

İslahatların davamı olaraq, ölkə başçısı tərəfindən aylıq vəzifə maaşlarının artırılması haqqında 23 dekabr 2021-ci il tarixli fərmanlara uyğun qaydada sosial sahədə pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsi, an asası isə "Əmək pensiyaları haqqında" qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə bir sıra təkliflər hazırlanıb. Təkliflər bu Qanunun müvafiq müddəalarında mahiyyət və məzmun dəyişikliklərini nəzərdə tutur.

Mahiyyət və məzmun dəyişiklikləri ilə bağlı təkliflərin əsaslandırılması aşağıdakı kimidir:

Əmək haqları artırıldıqda, güzəştli şərtlərlə pensiyaların məbləğinin artırılması üçün təxminən 100 milyon manatdan çox əlavə vəsait tələb olunur. Bu da əməkhaqqıların artırılması islahatlarının aparılmasına mənfi təsir göstərir. Əməkhaqlarının artırılması, ölkə üzrə orta nominal əməkhaqqı göstəricisinin artmasına, dolayısı ilə pensiyaların daha yüksək rəqəmlərlə indeksasiyasına şərait yaradır.

Əməkhaqqı artımları zamanı güzəştli şərtlərlə pensiyalar üçün maliyyə yükünün azaldılması məqsədi ilə əmək haqlarına müxtəlif əlavələr tətbiq edilir ki, bu da əmək haqqı sistemlərini mürəkkəbləşdirir. Əmək haqlarına tətbiq edilən yeni əlavələr güzəştli şərtlərlə pensiyaların artmasına səbəb olmur və bu kateqoriyadan olan pensiyaçıların haqlı narazılıqlarına səbəb olur. Pensiya artımlarında vahid indeksasiya metoduna keçirilməsi dünyada qəbul edilmiş mexanizmdir və əməkhaqqlarındakı artımlardan asılı olmayaraq hər il pensiyaların artımına səbəb olacaq.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

 

***

10:16

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.


Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.

Beləliklə, layihə qəbul ediləndən sonra - qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək; pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı); dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq; pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq; bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.
Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026