• Bakı 18° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ekspert "Ai-95"in bahalaşmasından DANIŞDI: "SOCAR-ın rəqibi olsaydı..."

İQTİSADİYYAT

13 Iyul 2022 | 10:13 | Müəllif: Qalib İbrahimoğlu

Ekspert "Ai-95"in bahalaşmasından DANIŞDI: "SOCAR-ın rəqibi olsaydı..."

“Premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurası bir neçə ildir ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdı: “Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik, SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir”.

N.Cəfərli bildirib ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiymət qaldırılır: “Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardlr. SOCAR isə bu gün deyir ki, dünyada qiymət artıb deyə, bizdə də qalxır. Yenə yalan danışırlar...”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026