• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Mərkəzi Bankda kadr dəyişikliyi olub

İQTİSADİYYAT

10 Avqust 2022 | 15:53

Mərkəzi Bankda kadr dəyişikliyi olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib.

Bakıvaxtı.az AMB-yə istinadən xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, onun yerinə Anar Mansurov təyin olunub.

O, bundan əvvəl "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvüdür.

A.Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026