• Bakı 10° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Ekspert: Azərbaycan Avstriya üçün əhəmiyyətli bir tərəfdaşdır

SİYASƏT

09 Aprel 2025 | 14:30

Ekspert: Azərbaycan Avstriya üçün əhəmiyyətli bir tərəfdaşdır

Biz dünya nizamının böhran içində olduğunu müşahidə edirik.

Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya açıqlamasında “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan avstriyalı ekspert, Beynəlxalq Sülh İnstitutunun direktoru Stefani Fenkart deyib.

    Avstriya hökumətinin mövqeyini açıqlayan Fenkart ölkəsinin Aİ üzvü olaraq bir çox məsələlərdə bu təşkilatın xəttini izlədiyini bildirib.

    Eyni zamanda, o, Avstriyanın Azərbaycanla yaxşı əməkdaşlıq münasibətləri qurduğunu və Azərbaycanın ölkəsi üçün əhəmiyyətli bir tərəfdaş olduğunu vurğulayıb.

    “Bizim Azərbaycanla bir çox məsələlərdə yaxşı əməkdaşlığımız var. Avstriya üçün Azərbaycanla yaxşı əlaqələr qurmaq məntiqlidir”, - ekspert əlavə edib.


    SON XƏBƏRLƏR

    12 Aprel 2025