• Bakı 16° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Elektrikli avtomobil istehsalçısı "Polestar Motors" smartfon istehsal edəcək

DÜNYA

19 Aprel 2024 | 16:26

Elektrikli avtomobil istehsalçısı Polestar Motors smartfon istehsal edəcək

 "Polestar Motors" şirkəti ilk telefonunun istehsalı üçün aparıcı texnologiya şirkətlərindən biri olan "Meizu" ilə əməkdaşlıq etməyə başlayıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən bildirir ki, "Polestar Motors"un istehsal edəcəyi smartfonun "Meizu 21 Pro" ilə oxşar xüsusiyyətlərə sahib olacağı gözlənilir. 

Hər iki telefon "Zhuhai Meizu Technology Co., Ltd" tərəfindən istehsal olunur. "Polestar Motors" smartfonunun təqdim ediləcəyi tarix açıqlanmasa da, artıq hazırlıq işlərinə başlanılması iddia olunur.

Qeyd edək ki, "Meizu 21 Pro"nun xüsusiyyətlərinə Qualcomm Snapdragon 8 Gen 3 prosessoru, 16 GB-a qədər RAM və 1 TB yaddaş, 6,79 düymlük 2K+ 120 Hz LTPO displey və 4651 mm² VC istilik yayma sistemi daxildir. "21 Pro" həmçinin ultrasəs displeydə barmaq izi sensoru, ağıllı RGB-LED üzük və ikili dinamiklər kimi funksiyaları təklif edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR