• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

İlham Əliyev fərman İMZALADI

SİYASƏT

25 Iyun 2024 | 21:51

İlham Əliyev fərman İMZALADI

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də (EKTİS) dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, EKTİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə təmin olunan məsələlər artırılıb:

- dincə qoyulması da daxil olmaqla əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi.

- kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların (əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarına münasibətdə “subsidiyalar” altsistemində müvafiq məlumatlar olmadıqda) toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi.


SON XƏBƏRLƏR