• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Vüqar Bayramovun namizədliyi qeydə alındı

SİYASƏT

25 Iyul 2024 | 17:12

Vüqar Bayramovun namizədliyi qeydə alındı

​​​​​​Vüqar Bayramovun 84 saylı Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyi rəsmi şəkildə qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə millət vəkili özü sosial şəbəkə hesabında məlumat verib.

V.Bayramov avqustun 9-dan seçicilərlə görüşəcəyini qeyd edib.

"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad olunan və quruculuq mərhələsinə daxil olan Füzuli şəhərini də əhatə etməklə rayonumuzun bütün məskunlaşmış yaşayış məntəqələrində avqustun 9-dan aktiv təbliğata start verib, dəyərli seçicilərlə yenidən sıx görüşlərə başlayacağıq",-deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Vüqar Bayramov VI çağırış Milli Məclisin bitərəf deputatıdır. 

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026