• Bakı 23° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu TAPILDI

CƏMİYYƏT

13 Iyun 2025 | 19:17

Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu TAPILDI

Bir aydan çoxdur itkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, mayın əvvəlindən barəsində itkin kimi axtarış elan olunan 1990-cı il təvəllüdlü Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.
Qeyd edək ki, itkin kimi axtarılan Rahib Bayramovun müğənni Əlikram Bayramovun qardaşı oğlu olduğu bildirilib.

Onun itkin düşməsi barədə ARB kanalında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Onun atası Qafar Bayramov verilişə müraciət edərək bildirib ki, oğlu mayın 8-də Biləsuvar rayonundan Bakıya gəlib və bundan sonra ondan xəbər almayıblar.


SON XƏBƏRLƏR

20 Iyun 2025