• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əllə yazmağın faydaları AÇIQLANDI

CƏMİYYƏT

29 Yanvar 2024 | 09:04

Əllə yazmağın faydaları AÇIQLANDI

Əllə yazmaq beynin sahələri arasında əlaqələri daha yaxşı inkişaf etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmada qeyd olunub.

Alimlər 36 universitet tələbəsindən toplanmış beyin fəaliyyəti məlumatlarını təhlil ediblər. Beyin fəaliyyətini ölçərkən onlardan bir neçə dəfə qələmlə yazmaq və ya ekranda görünən sözü klaviaturada yazmaq tapşırılıb. Onlar əl yazısı üçün rəqəmsal qələm və sensor ekrandan istifadə edib, klaviaturada yazarkən düymələri bir barmaqla basıblar.

İştirakçılar qələmlə yazanda beynin müxtəlif nahiyələrində aktivlik artıb. Alimlər hesab edirlər ki, qələmdən istifadə zamanı hisslərdən alınan vizual və motor informasiya beyində öyrənmə üçün zəruri olan əlaqələrin formalaşmasına daha çox kömək edir. Klaviaturada yazarkən sadəcə düymələrə basmaq beyni daha az stimullaşdırır.

Alimlər bu qənaətə gəliblər ki, klaviaturada yazmağın bir çox faydası olsa da, vaxtaşırı əlyazmalardan istifadə etməyə dəyər.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026