• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

63 gündür itkin düşən uşağın axtarışı Biləsuvarda da aparılır

CƏMİYYƏT

27 Fevral 2024 | 20:44

63 gündür itkin düşən uşağın axtarışı Biləsuvarda da aparılır

İmişli rayonunda kanalda batması ehtimal olunan yeniyetmənin axtarışı Cənub-Muğan kanalının Biləsuvardan keçən hissəsində davam edir.

Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, bu gün həmin kanalda FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri və yerli sakinlər axtarış tədbirləri aparıblar.

Belə ki, dalğıc-xilasediciləri Araz çayından ayrılan qolun, həmin istiqamətdən keçən körpünün altında yığılıb-qalan sularda axtarış tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, ötən ilin dekabr ayının 26 - da İmişli rayonu Qaragüvəndikli kəndində Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bir neçə istiqamətdə davam etdirilir.


SON XƏBƏRLƏR