"Sovet dövründə elm adamlarına keyfiyyət tələblərindən daha çox kəmiyyət tələbləri irəli sürülürdü".
Bakıvaxtı.az xəbər verir ki. bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, neçə səhifəlik məqalə, monoqrafiya və yaxud neçə səhifəlik dərslik çap etdirmək kimi tələblər mövcud idi. Amma elm baxımından xüsusi əhəmiyyət kəsb edən və tədqiqatın və tədqiqatçının əsas keyfiyyət göstəriciləri olan istinadların sayı, H-indeksi kimi göstəricilər nəzərə alınmırdı.
"Bu gün də kəmiyyət tələbləri üstünlük təşkil edir", - deyə rektor qeyd edib.
Aytac Aslan
















