• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Telefon əlinizdən düşmürsə, bu xəstəliklərə hazır olun

CƏMİYYƏT

06 Mart 2022 | 02:14 | Müəllif: Qalib İbrahimoğlu

Telefon əlinizdən düşmürsə, bu xəstəliklərə hazır olun

Əgər kompüterdə, smartfonda, video oyunlarında çox vaxt keçirirsinizsə, o zaman onurğa, boyun, göz və artıq çəki ilə bağlı problemlər başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə terapevt Alevtina Fedina danışıb.

Qacetlərin yaratdığı sağlamlıq problemlərindən söz açan həkim qeyd edib ki, vəziyyət onurğanın əyilməsinə qədər gəlib çıxa bilər.

“Skolioz, onurğanın sola və ya sağa əyilməsi, hiperkifoz da ola bilər. Bu, boynun irəliyə doğru xarakterik uzanmasıdır. Qacetlərə çox vaxt sərf edən şəxsin bədən quruluşu da dəyişir. Vaxt keçdikcə bir az əyilməyə başlayır. Görmə pisləşir, çünki göz aparatında çox yüksək yük var. Digər problem fiziki fəaliyyətin olmamasıdır. Əksər vaxtını qacetlərə sərf edən insanların idmana zamanı qalmır. Beləliklə, artıq çəki problemi meydana gəlir”, - həkim bildirib. /publika.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026