"Ali təhsildə ən ciddi problemlədən biri ondan ibarətdir ki, ali təhsil paradiqması dəyişib. Yəni, uzun illər boyu mövcud olan müəyyən ixtisaslar bir anda yox ola bilər".
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.
Onun sözlərinə görə, lakin buna baxmayaraq, insanların ali təhsil haqqında düşüncələri və ali təhsildən gözləntiləri demək olar ki, dəyişməz qalıb. Hətta bakalavriaturada təhsil müddətində, yəni dörd il ərzində dünyada o qədər sürətli, güclü və ciddi dəyişikliklər baş verə bilər ki, bu gün təhsil alınan ixtisas tələb olunmaya bilər.
"Bu ali təhsildə ən ciddi problemlərdən biridir. Bu və buna oxşar problemləri vahid standartlarla həll etmək mümkünsüz görünür", - deyə rektor qeyd edib.
Aytac Aslan
















