• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Nazirlikdən XƏBƏRDARLIQ: Mayın 6-dan...

CƏMİYYƏT

04 May 2022 | 17:12 | Müəllif: Qalib İbrahimoğlu

Nazirlikdən XƏBƏRDARLIQ: Mayın 6-dan...

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçməsi haqqında xəbərdarlıq yayıb.

Xidmətdən Bakıvaxtı.az-a  bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 6-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, 6-7-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026