• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Elza ilə Roza arasında növbəti məhkəmənin TARİXİ

ŞOU

17 Oktyabr 2024 | 16:41

Elza ilə Roza arasında növbəti məhkəmənin TARİXİ

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında ötən gün keçirilməli olan məhkəmə iclası təxriə salınıb. Məlumata görə, Elza Seyidcahanın vəkili məhkəmə iclasında iştirak etsə də, Roza Zərgərlinin vəkili məhkəməyə müraciət edərək, iclasın başqa günə təyin edilməsini istəyib. Vəkilin müraciəti təmin olunub və məhkəmə təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, sənətçilər arasında növbəti məhkəmə iclası 23 oktyabr saat 11:05-ə təyin edilib.

İş Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.

Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin ona böhtan atdığını bildirib. Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024