Şəriətlə idarə olunan Səudiyyə Ərəbistanında son illərdə aparılan islahatlar davam edir.
Bakıvaxtı.az xəbər verir ki, dünya ulduzu Cennifer Lopezin paytaxt Ər-Riyadda verdiyi konsert də bu yumşalmanın ən böyük nümunələrindən biri oldu. Lopezin səhnə şouları, açıq-saçıq geyimləri və çıxışı bütün dünyanın marağına səbəb olub. Gecədə Selin Dion da çıxış edib, "Elie Saab" brendinin dəfiləsi keçirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinə xarici investorları cəlb etmək üçün son illərdə bir sıra sosial və iqtisadi islahatlar həyata keçirib. Turizm sektorunu canlandırmaq üçün ölkədə konsertlər keçirilməyə başlanılıb. Qadınların çarşab geyinmək məcburiyyəti də aradan qaldırılıb, spirtli içkilərin satışına icazə verilib.