• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Əminə Ərdoğandan İsrailin hücumuna sərt reaksiya

DÜNYA

27 May 2024 | 17:29

Əminə Ərdoğandan İsrailin hücumuna sərt reaksiya

 

“İsrail öldürdüyü hər canla dünyadakı vicdanlı insanların qəlbindəki mübarizə alovunu söndürməkdənsə, alovlandırır”.

Bakıvaxtı.az “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan deyib.

Onun sözlərinə görə, ədalətdən uzaq planlarını həyata keçirməyə çalışan İsrail qalib gələ bilməyəcək.

“Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırma qərarına baxmayaraq, İsrailin Rəfahda günahsız fələstinlilərin sığındığı çadır düşərgəsini bombalaması insan ləyaqətinə edilən ən böyük xəyanətlərdən biridir. İsrail bilməlidir ki, hər bir günahsızın itkisi min fələstinlinin ədalət və azadlıq uğrunda daha güclü ayağa qalxmasına səbəb olacaq”. - deyə Əminə Ərdoğan qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024