• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Rusiya və İran Strateji Memorandum imzalayıb

DÜNYA

26 Iyun 2024 | 15:13

Rusiya və İran Strateji Memorandum imzalayıb

“Qazprom” İran Milli Qaz Şirkəti (NIGC) ilə İrana təbii qazın boru kəməri ilə nəqlinin təşkilinin inkişafı üzrə Strateji Memorandum imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya şirkəti öz "Telegram" kanalında yazıb.

Məlumata görə, "Qazprom" nümayəndə heyətinin İrana səfəri çərçivəsində şirkətin idarə heyətinin sədri Aleksey Miller ilə İslam Respublikasının neft naziri Cavad Ouca arasında da görüş keçirilib. 

Bildirilib ki, tərəflər memorandumun həyata keçirilməsi üzrə addımları, o cümlədən enerji sahəsində ikitərəfli əməkdaşlığın digər məsələlərini müzakirə ediblər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

28 Sentyabr 2024