• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Kreml: "Aİ ölkələrində vəziyyət dəhşətlidir"

DÜNYA

26 Iyul 2024 | 13:48 | Müəllif: Gülşən Şərif

Kreml: "Aİ ölkələrində vəziyyət dəhşətlidir"

"Baş nazir Viktor Orbanın Moskvaya səfərinə Avropa İttifaqı (Aİ) ölkələrinin reaksiyası Avropadakı ağır vəziyyətdən xəbər verir". 

Bakıvaxtı.az "TASS"a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Orbanın Moskvaya bu səfərinə görə Avropa İttifaqı onu ələ salır. Hansı ki, Aİ özünü sivilizasiyanın mərkəzi hesab edir.

Peskov Ukrayna münaqişəsindəki bütün tərəflərin mövqelərini anlamaq istəyinə görə Orbanı "Avropalı fitnəkar" adlandırıb.

Qeyd edək ki, iyulun 5-də Macarıstanın baş naziri Viktor Orban Moskvaya rəsmi səfər edib. O, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026