• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransız siyasətçi: Durovun saxlanması zülmkarlıqdır 

DÜNYA

25 Avqust 2024 | 13:00 | Müəllif: Əli Hüseynov

Fransız siyasətçi: Durovun saxlanması zülmkarlıqdır

Fransa teleqramın həmtəsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün “tiran təbiətini” dünyaya nümayiş etdirdi.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

"Bu, çox ciddidir, Fransa dünyaya öz tiran təbiətini göstərdi. Senzura görüntüsü. Rəqəmsal Xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar basqılara təkan verir. Sual verirəm: əgər "X" sosial şəbəkəsinin sahibi İlon Mask Fransaya gəlsə, onu eyni şəkildə saxlamaq və həbsə atmaq olarmı?”, - o paylaşımda yazıb.

Qeyd edək ki, teleramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR