İran Livandakı hücumlardan sonra rabitə cihazlarını qadağan etməyə qərar verib.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu Livandakı hücumlardan sonra bənzər təhlükəyə qarşı tədbir görüb.
Məlumata görə, İsrailin ilk hücumda hədəf aldığı peycerlərdən bəziləri Tehrana gətirilib. Hazırda həmin cihazlar İran texniki qrupları tərəfindən yoxlanılır.
Bildirilib ki, Tehranın əsas narahatlığı xüsusilə yeraltı nüvə obyektlərinə və onun raket proqramına qarşı mümkün təxribatın qarşısını almaqdır.
Məsələ ilə bağlı İran rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.
Gülşən Şərif
















