Türkiyə Milli Kəşfiyyat Təşkilat (MİT) Suriya və İraqın şimalındakı PKK hədəflərini məhv edib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, MİT dünən Ankarada Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında baş verən terrordan sonra Suriya və İraqın şimalındakı PKK-ya qarşı əməliyyat keçirib.
Sözügedən əməliyyatlarda MİT Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan təşkilata məxsus hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox strateji nöqtələri hədəfə alıb.
Nuriyyə Musayeva














