• Bakı 13° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

Elektron siqaret qadağan edildi

DÜNYA

23 Noyabr 2024 | 09:23

Elektron siqaret qadağan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəyə elektron siqaretlərin idxalına, satışına və çəkilməsinə qadağa qoyulacaq qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb .

Bildirilib ki, qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qanunda müəyyən edilmiş tələblərin pozulmasına görə məsuliyyət də nəzərdə tutulur. 

Qanuna görə, elektron siqaret çəkməyə görə fiziki şəxslər üçün 10 min som (təxminən 197 manat), hüquqi şəxslər üçün isə 60 min som (təxminən 1180 manat) cərimə nəzərdə tutulur. 

Qanun elektron siqaretlərin qanunsuz idxalına görə cərimələri də nəzərdə tutur. Beləliklə, qadağanı pozanları islah işləri və ya 100-120 min som (təxminən 1965 - 2358 manat) məbləğində cərimə gözləyir.


SON XƏBƏRLƏR

22 Noyabr 2024