“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər, lakin o, Kiyevə silah verməkdən imtina etməməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz hamımız seçilmiş prezident Trampın Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini eşitmişik, lakin Donald Trampın daha uzun müddətdir ki, Amerika üçün yaxşı sövdələşmə əldə etməli olduğuna inamını ifadə etdiyini eşitmişik. Amerika üçün yaxşı sövdələşmə o deməkdir ki, bizə rıçaq lazımdır və bu rıçaq Ukraynaya davamlı hərbi yardımdır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, respublikaçı Rusiyaya siqnal göndərməlidir: “Ədalətli sülh bərqərar olmayınca ABŞ və Avropa Ukraynanı dəstəkləməyə davam edəcək. Ancaq Ukraynanın altından xalçanı çıxarsaq, onlara daha heç nə verməyəcəyimizi desək, Putinin təklif etdiyi hər hansı şərtləri qəbul etsək, düşünürəm ki, son nəticədə uzunmüddətli perspektivdə Amerikanın maraqlarına ciddi ziyan dəyəcək”.