Əvvəllər Co Baydeni yaşına görə tənqid edən və onun çaşqınlığı və dilinin sürüşməsi ilə bağlı zarafat etmək fürsətini heç vaxt qaçırmayan Donald Tramp növbəti dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb və ölkə tarixinin ən yaşlı lideri olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBK yazır.
20 yanvar 2025-ci ildə andiçmə mərasimi zamanı o, 78 yaş yeddi aylıq idi, Baydenin 2021-ci ildə vəzifəyə gəldiyi vaxtdan təxminən yarım yaş böyük idi. Tramp koqnitiv testlərdən keçdiyini və əla fiziki formada olduğunu iddia edərək, yaşını əngəl hesab etmir.
Amerika prezidentlərinin orta yaşı 56-dır. Pew Araşdırma Mərkəzinin sorğusu müəyyən edib ki, amerikalıların 49%-i prezident üçün optimal yaş həddi 50, respondentlərin isə yalnız 3%-i dövlət başçısı üçün uyğun yaşın 70 və daha yuxarı olduğuna inanır.