• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Qırğızıstanda dinlə bağlı qadağalar qüvvəyə mindi

DÜNYA

21 Yanvar 2025 | 22:10

Qırğızıstanda dinlə bağlı qadağalar qüvvəyə mindi

Qırğızıstan prezidenti Sadır Japarov vətəndaşların ictimai yerlərdə üzünü örtən geyimdə görünməsini qadağan edən qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq məlumat respublika Prezidentinin rəsmi saytında yerləşdirilib.

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inancın tətbiqini və dini mərasimlərin keçirilməsini qadağan edir. Dövlət həmçinin ictimai yerlərdə, təhsil müəssisələrində və qapı-qapı gəzərək dini ədəbiyyatın yayılmasına məhdudiyyət qoyub. Dini zəmində siyasi partiyaların yaradılması da qadağan edilib. Bu qaydaların pozulması 20 min som məbləğində cərimə ilə nəticələnəcək.


SON XƏBƏRLƏR

21 Yanvar 2025