• Bakı 21° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Avropa Ukraynadakı münaqişəni uduzdu" - Orban

DÜNYA

22 Dekabr 2024 | 23:50 | Müəllif: Subhan Mahmudov

"Avropa Ukraynadakı münaqişəni uduzdu" - Orban

Avropa “kommunikasiya hiylələrinə” əl ataraq bunu inkar etməyə çalışsa da, Ukraynadakı münaqişəni uduzdu.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban deyib. 

Orban əlavə edib ki, “qələbənin məğlubiyyət, məğlubiyyətin isə qələbə olduğunu” izah etməyə çalışmaq daha çox Corc Oruellin “1984” romanını xatırladır.

Macarıstanın baş naziri əlavə edib ki, 2022-ci ilin aprelində Moskva və Kiyevin sülh sazişini bağlanmasına saatlar qalsa da, bu, “Qərbin müdaxiləsi səbəbindən” mümkünsüz olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026