• Bakı 22° C

    5.14 m/s

Türkiyədə hoteldə YANĞIN - ÖLƏNLƏRİN SAYI 76-YA ÇATDI - YENİLƏNİB

DÜNYA

21 Yanvar 2025 | 23:28

Türkiyədə hoteldə YANĞIN - ÖLƏNLƏRİN SAYI 76-YA ÇATDI - YENİLƏNİB

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğında ölənlərin sayının 76-ya yüksəldiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, ölənlərdən 52-nin şəxsiyyəti müəyyən edilib. Onlardan 45-nin meyiti yaxınlarına təhvil verilib.

İndiyədək aparılan istintaq zamanı 9 nəfər saxlanılıb.

*** 16:22

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Boluda Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayının 66-ya çatdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

"Hoteldə baş verən yanğında 66 nəfər həlak oldu, 51 nəfər yaralandı. Çox təəssüf edirik. Yanğın söndürülüb, soyutma işləri davam edir", - nazir qeyd edib. 


10:06

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 10 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

    32 nəfərin isə yaralandığı qeyd edilib.

    Yanğının söndürülməsi davam etdirilir.

    ***

    09:57

    Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində oteldə baş verən yanğın nəticəsində altı nəfər ölüb, 31 nəfər yaralanıb.

    Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

    Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım xidməti cəlb edilib.

    Məlumata görə, oteldəki insanlar təxliyə olunub.

    ***

    09:07

    Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində yanğın baş verib.

    Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb.

      Vəfat edənlərdən ikisi hündürlükdən atladıqları üçün ölüb.


      Türkiyədə hoteldə YANĞIN - ÖLƏNLƏRİN SAYI 76-YA ÇATDI - YENİLƏNİB
      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      19 Sentyabr 2026