• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyənin ilk silahlı robotu "SARBOT" nümayiş olunub

DÜNYA

24 Oktyabr 2024 | 12:13 | Müəllif: Gülşən Şərif

Türkiyənin ilk silahlı robotu "SARBOT" nümayiş olunub

Türkiyənin ilk silahlı robotu "SARBOT" yeni funskiyaları ilə SAHA EXPO sərgisində ziyarətçilərə təqdim edilib. 

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, süni intellektlə işləyən "SARBOT"un ilk versiyası "SAHA EXPO 2022" sərgisində nümayiş etdirilib və böyük marağa səbəb olub. 

"SARBOT" indi silahlar və Lazer Görüntü Təsbiti və Aralığı (LIDAR) ilə inteqrasiya olunmuş təkmil versiyası ilə müdafiə sənayesinə təklif olunur.

LIDAR və qabaqcıl texnologiyaya malik iki fərqli kamera sistemi ilə təchiz edilmiş "SARBOT" mühiti üç ölçülü skan edə və real vaxt rejimində məlumatları ötürə bilir. Həmçinin xüsusilə təhlükəli ərazilərdə əməliyyat risklərini minimuma endirərək təhlükəsizliyi maksimum səviyyədə saxlayır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026