İsrail ordusunun Livanın cənubunda təcili yardımı hədəf alması nəticəsində iki tibb işçisi həyatını itirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Livan Səhiyyə Nazirliyi ölkənin cənubundakı Sur şəhərində İslam Sağlamlıq Təşkilatına məxsus avtomobilə hücumla bağlı açıqlama yayıb.
Bildirilib ki, İslam Sağlamlıq Təşkilatına məxsus avtomobilin Deyr Qanun-Rəsül-Ayn kəsişməsində hədəfə alınması nəticəsində 2 tibb işçisinin həyatını itirib:
“İsrail beynəlxalq qanunlara və normalara və humanitar razılaşmalara məhəl qoymadan cənubda tibb işçilərini, təcili yardım maşınlarını və obyektləri hədəfə almaqda davam edir”,- məlumatda qeyd edilib.
Əli Hüseynov