• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəb avtobusu qəzaya düşdü: 3 ölü, 2 yaralı - YENİLƏNİB

DÜNYA

24 Oktyabr 2024 | 11:17 | Müəllif: Qalib İbrahimoğlu

Məktəb avtobusu qəzaya düşdü: 3 ölü, 2 yaralı - YENİLƏNİB

Türkiyədə məktəb avtobusunun qəzaya düşməsi nəticəsində ölənlər var.

Bakıvaxtı.az bu barədə "Anadolu" Agentliyinə istinadla xəbər verir.

Məlumata görə, təcili yardımla Afyonkarahisardakı xəstəxanalara çatdırılan yaralılardan 3-nün həyatını xilas etmək mümkün olmayıb.

Yaralılardan 2-nin səhhətinin ağır olduğu deyilir.

Məktəb avtobusunun boş olduğu və kənddən şagirdləri aparmağa getdiyi bildirilib.

***

11:00

Türkiyədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəısi baş verib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Afyonkarahisarda qeydə alınıb.

Belə ki, Sandıqlı rayonunun Alagöz kəndi yaxınlığında məktəb avtobusu qarşı tərəfdən gələn avtomobillə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfər ağır xəsarət alıb.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026