ABŞ-nin Kaliforniya ştatında məktəblərdə şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı qubernator Gavin Nevsom yeni qanun imzalayıb.
Qanun məktəb şuralarından 2026-cı il iyulun 1-dək tələbələrin kampuslarda və ya məktəblərdə smartfon istifadəsini qadağan edən qaydalar yaratmağı və ya bunu müəyyən vəziyyətlərlə məhdudlaşdırmağı tələb edir. Qanun həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.
Gavin Nevsomun sözlərinə görə, yeni qanun tələbələrin məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişaflarına və dünyaya diqqət etmələrinə kömək edəcək.
Gülşən Şərif






png-1729756542.webp)









