• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ərdoğan Miçotakis ilə bu məsələləri müzakirə edəcək

DÜNYA

24 Sentyabr 2024 | 12:16

Ərdoğan Miçotakis ilə bu məsələləri müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, həmçinin qanunsuz miqrasiya və Kiprdəki durum barədə danışacaqlar.

Onlar həmçinin Egey və Şərqi Aralıq dənizindəki problemlər barədə də fikir mübadiləsi aparacaqlar.

Liderlərin qarşılıqlı etimad mühitinin artırılması istiqamətində müzakirələr aparması da gözlənilir.

Qeyd edək ki, bu onların il ərzindəki altıncı görüşü olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026