• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İlon Mask Pavel Durovu azadlığa buraxmağa ÇAĞIRDI

DÜNYA

25 Avqust 2024 | 11:37 | Müəllif: Subhan Mahmudov

İlon Mask Pavel Durovu azadlığa buraxmağa ÇAĞIRDI

Amerikalı iş adamı, "X" sosial şəbəkəsinin sahibi İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan teleqram messencerinin təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılmışdı. Yerli mətbuatın yazdığına görə, Fransa vətəndaşlığı olan Durovun adı ölkədə axtarışa verilənlər siyahısında olub. Məlumata görə, Fransa hüquq-mühafizə orqanları Durovu bir sıra səbəblərə görə, o cümlədən teleqramın ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtinasına görə cinayətlərdə iştirak etdiyini hesab edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026