• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Haniyənin qətli cavabsız qalmayacaq” - Pezeşkian

DÜNYA

24 Sentyabr 2024 | 09:52

“Haniyənin qətli cavabsız qalmayacaq” - Pezeşkian

“İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq”.

Bakıvaxtı.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında deyib.

Onun sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir.

“İran sübut etdi ki, bu rejimin (red. – İsrail) cinayətlərinə cavab verə bilər, lakin biz sabitliyi pozan amil olmaq və regionda təhlükəsizliyi pozmaq istəmirik”, -  Pezeşkian deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR