Türkiyədə “TikTok” fenomeni Kübra Aykutun intihar etməzdən əvvəl son görüntüləri ortaya çıxıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Sultanbəylidə evini təmizləyərkən 5-ci mərtəbədən özünü ataraq intihar edən TikTok fenomeni Kübra Aykutun ölümündən 5 saat əvvəl sosial şəbəkədə paylaşdığı videolar ortaya çıxıb.
Belə ki, intihardan sonra polis qrupları çilingər köməyi ilə evə girib. Polis qrupları Kübra Aykut fenomeninin ölümündən əvvəl intihar məktubu buraxdığını və istifadə etdiyi mobil telefonun şifrəsinin məktubda olduğunu görüblər, Kübra Aykutun mobil telefonuna daxil olaraq onun sosial media hesabından paylaşdığı görüntülərə daxil olublar.
Mina Mikayılova















