• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu üç ölkədən Şimali Koreyaya ittiham: Hərbi məlumatlar oğurlanır

DÜNYA

26 Iyul 2024 | 13:04 | Müəllif: Gülşən Şərif

Bu üç ölkədən Şimali Koreyaya ittiham: Hərbi məlumatlar oğurlanır

ABŞ, Böyük Britaniya və Cənubi Koreya şimali koreyalı hakerləri dünya üzrə şirkətlərdən məxfi məlumatları oğurlamaqda günahlandırıblar.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) və Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) birgə bəyanat yayıblar.

Bəyanata əsasən, şimali koreyalı hakerlər hərbi məlumatları oğurlamaq məqsədilə dünyanın müxtəlif müdafiə və mühəndislik firmalarının kompüter sistemlərini hədəfə alıblar.

"Şimali Koreyanın dəstəklədiyi "Anadriel" və ya "APT45" adlı hakerləri tank, sualtı qayıq, döyüş təyyarəsi, raket və radar sistemləri istehsalçıları da daxil olmaqla, müxtəlif müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərini hədəfə alıblar. Bundan başqa, şimali koreyalı hakerləri Yaponiya və Hindistanda müxtəlif sənaye sektorlarını hədəf alıb, "Anadriel"in casusluq fəaliyyəti ABŞ-də yerləşən bəzi səhiyyə təşkilatlarına qarşı müəyyən proqram əməliyyatları ilə maliyyələşdirilib", - deyə açıqlamada vurğulanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026