İranın yeni prezidenti Məsud Pezeşkian İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışına sərt münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Pezeşkian X mikroblokundakı paylaşımında “günahsız uşaqlara və insanlara qarşı törədilən qətliam cinayəti gözardı edilə, günahkarlar ayaqda alqışlarla təmizlənə bilməz” deyib.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxış edib. Netanyahu Qəzza zolağındakı vəziyyət barədə danışarkən Konqres üzvləri tərəfindən alqışlanıb.
















