• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Əmir ölkə parlamentini buraxdı

DÜNYA

22 Iyun 2022 | 23:34 | Müəllif: Subhan Mahmudov

Əmir ölkə parlamentini buraxdı

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkə parlamentini buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə danışan vəliəhd Şeyx Məşal əl-Əhməd əs-Sabah Küveyt parlamentinin buraxıldığını və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər keçiriləcəyini bildirib.

Vəliəhd Küveyt Milli Assambleyası ilə icra hakimiyyəti arasında fikir ayrılığının da aradan qaldırılmasını ölkənin inkişafı naminə mühüm amil adlandırıb. Bəzi məmurları da tənqid edən Şeyx Məşal qeyd edib ki, parlamentlə hökumət arasında nifaq Küveytdə milli həmrəyliyə zərər verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026