• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şarl Mişeldən taxıl sazişi ilə bağlı AÇIQLAMA

DÜNYA

22 Iyul 2022 | 18:59

Şarl Mişeldən taxıl sazişi ilə bağlı AÇIQLAMA

“Qlobal ərzaq təhlükəsizliyi Aİ üçün prioritet məsələdir, mən Ukraynanın taxıl ixracı üçün Qara dənizdəki blokadanın açılmasına dair razılaşmanı alqışlayıram”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib.

O vurğulayıb ki, bu saziş bütün dünyada milyonlarla insana fayda verə bilər və bunun üçün sazişin ciddi şəkildə yerinə yetirilməsi indi böyük əhəmiyyət kəsb edir:

“Biz BMT-nin rolunu və Baş katib Antoniu Quterreşin uzunmüddətli səylərini yüksək qiymətləndiririk. Bu prosesdə iştirakına görə Türkiyəyə təşəkkür edirik. Biz Ukraynanı və Prezident Zelenskini dəstəkləməyə davam edəcəyik. Nəhayət 22 milyon ton taxılın ixracını alqışlayırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026