• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rus və ukraynalı casuslar Albaniyada saxlanıldı

DÜNYA

21 Avqust 2022 | 15:30 | Müəllif: Subhan Mahmudov

Rus və ukraynalı casuslar Albaniyada saxlanıldı

Albaniyada Rusiya vətəndaşı olan iki kişi və qadın saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki şəxs Ukrayna vətəndaşı ilə birlikdə hərbi zavoda sızıb, orada şəkillər çəkmək istəyiblər.

“Rusiya və Ukrayna pasportları olan 3 nəfər zavoda sızmağa çalışıblar. Hazırda onlar saxlanılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, onları saxlamaq istəyərkən qarşıdurma baş verib.

Zavodun direktoru Lorents Zaninin sözlərinə görə, şübhəlilər zavodun ərazisinə daxil olarkən gözyaşardıcı spreydən istifadə ediblər. Nəticədə iki əsgər xəsarət alıb.

Saxlanılan Rusiya vətəndaşlarının adları məlum olub. Onlar 23 yaşlı Mixail Zorin və 33 yaşlı Svetlana Timofeyevadır.

Hər 3 şəxs casusluqda ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026