• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İran güneyli soydaşımızı 4 il 4 ay müddətinə HƏBS ETDİ

DÜNYA

20 Sentyabr 2022 | 14:43

İran güneyli soydaşımızı 4 il 4 ay müddətinə HƏBS ETDİ

İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az  GünAz TV-yə istinadən xəbər verir ki, eyni zamanda, o, cərimələnib.

Qeyd olunub ki, M.Qaragözlü barəsində qərarın ən azı 3 il 8 ayı mütləq icra edilməlidir. Bundan başqa, onun həbs müddəti bitdikdən sonra ictimai fəaliyyəti qadağan olunub.

Eyni zamanda, gəncin ictimai, siyasi təşkilatlara üzv olması və iki il müddətinə sosial media fəaliyyətlərinə, ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Xatırladaq ki, Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilib. O, cəzasını Tehranın “Evin” zindanında çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026