• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Ərdoğan: “İlham Əliyevin öncülüyü ilə uzanan qardaşlıq əli Maraşın qəlbinə möhür vurdu”

SİYASƏT

19 Iyun 2025 | 16:46

Ərdoğan: “İlham Əliyevin öncülüyü ilə uzanan qardaşlıq əli Maraşın qəlbinə möhür vurdu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda 2277 mənzilin tikintisi ilə bağlı Azərbaycan dövlətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı bildirib.

Ərdoğan bildirib ki, tikinti işləri sürətlə davam edir və ilin sonuna qədər bütün binalar tamamlanaraq təhvil veriləcək.

“Azərbaycan Prezidenti İlham Əliyevin öncülüyündə uzanan bu qardaşlıq əli, Kahramanmaraşın qəlbinə qardaşlıq möhürünü vurdu. Bu, təkcə binaların deyil, eyni zamanda könüllərin yenidən qurulmasıdır”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan qardaş Türkiyəyə həm humanitar yardım, həm də bərpa prosesində fəal dəstək göstərməkdədir.

Layihənin ilin sonuna qədər tamamlanaraq zəlzələdən zərər görən ailələrə təqdim olunması nəzərdə tutulur. Bu təşəbbüs təkcə fiziki yaşayış sahəsinin deyil, eyni zamanda dostluq və həmrəyliyin təməl daşı kimi qəbul edilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR