• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

SİYASƏT

18 Iyul 2025 | 22:05

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Camal Rəşidə başsağlığı verib. 

Bakıvaxtı.az xəbər verir ki, başsağlığında deyilir: 

"Hörmətli cənab Prezident,

Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".


SON XƏBƏRLƏR

18 Iyul 2025