• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ərdoğan: “Savaşda olduğu kimi sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik”

SİYASƏT

28 May 2022 | 16:11

Ərdoğan: “Savaşda olduğu kimi sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik”

“Savaşda olduğu kimi sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, daimi sülhün təmini istiqamətində Azərbaycan Prezidentinin təşəbbüslərini dəstəkləyirlər: “Qarabağın hava qapısını qardaşım İlham Əliyevlə birlikdə açmışdıq. Qarşıda Zəngilan Hava Limanı, Ağdam və Araz sənaye zonaları var. Qardaşımızın dediyi kimi, bölgəmizdə yeni bir səhifənin açılmasının zamanı gəlib".

Ördoğan deyib ki, bu hədəflərin həyata keçirilməsi üçün Azərbaycanla koordinasiya davam etdiriləcək: "Mövlam yolumuzu açıq etsin. "Texnofest Azərbaycan"nın qardaş ölkəyə faydalı olmasını bir daha arzu edirəm. Əməyi keçən hər kəsə təşəkkürümü çatdırıram ”.


SON XƏBƏRLƏR