• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"İşğal dövründə Ermənistan bir milyondan artıq mina basdırıb" - Dövlət başçısı

SİYASƏT

27 Iyun 2022 | 13:26

İşğal dövründə Ermənistan bir milyondan artıq mina basdırıb - Dövlət başçısı

“Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.

Azərbaycan lideri bildirib ki, yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır:

“Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb".


SON XƏBƏRLƏR

26 Aprel 2024