• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyev fenomeninin uğuru - “Böyük Qayıdış”ın ilk köçü

SİYASƏT

26 Iyul 2022 | 14:16 | Müəllif: Qalib İbrahimoğlu

İlham Əliyev fenomeninin uğuru - “Böyük Qayıdış”ın ilk köçü

“Bugünlərdə ölkəmizin ictimai-siyasi həyayında, eləcə də xalqımızın taleyində baş verən ən əlamətdar hadisələrdən biri də “Böyük Qayıdış”ın ilk karvanının işğaldan azad edilmiş və ən müasir standartlar əsasında inşa edilmiş Zəngilanın Ağalı kəndinə yola düşməsidir. Hesab edirəm ki, bu hadisə həm dünyada kataklizmlər fonunda çox böyük hadisədir”.

Bunu Bakıvaxtı.az-a deputat Məlahət İbrahimqızı “Böyük Qayıdış”ın ilk köç karvanının öz mənzilinə - Zəngilanın Ağalı kəndinə çatmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyada pandemiya, iqtisadi-maliyyə böhranın, silahlı münaqişələrin, xüsusən də Rusiya-Ukrayna müharibəsinin, getdikcə mürəkkəbləşən müxtəlif geosiyasi proseslərin bəşəriyyəti daha ağır problemlərlə üzləşdirdiyi halda, ölkəmizdə 44 günlük Vətən müharibəsində qazanfığımız möhtəşəm Zəfərdən sonra Müzəffər Ali Baş Komandanımız,  Prezident İlham Əliyevin rəhbərliyi ilə baş verən əzəmətli quruculuq işləri sözün həqiqi mənasında ağlasığmazdır: “Qısa müddət ərzində baş verən bütün bu proseslər o qədər əzəmətli işlərdiri ki, bunları təsəvvür etmək üçün onu yerində görmək lazımdır. Bu mənada bu gün işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işlərini İlham Əliyev fenomeninin uğur və nailiyyətləri adlandırmaq olar. Əsl möcüzə də elə budur”.

Millət vəkili Prezident İlham Əliyevin Cocuq Mərcanlıda olarkən qeyd etdiyi “zaman gələcək, işğal altındakı digər ərazilərimizi də azad edəcəyik, o torpaqları da böyük tikinti-quruculuq meydanına çevirəcək, Qarabağa həyatı qaytaracağıq” sözlərini xatırladaeaq bildirib ki, bu sözlərlər, daha doğrusu, bu müqəddəs arzular 2016-cı ildə səsləndirilib: “Möhtərəm Prezidentimizin Cocuq Mərcanlıda dediyi bu fikirlər, əslində böyük Zəfərin müjdəsi, Cocuq Mərcanlıya Qayıdış isə “Böyük Qayıdış”ın ilk karvanı idi. Bizdə belə bir atalar sözü var: “İnsan dağın ətəyində olanda dağın əzəmətini yetərincə dəyərləndirə bilmir”. Bu mənada Prezident İlham Əliyev elə bir dahi, müdrik və uzaqgörən dövlət adamı və zəngin təcrübəyə malik siyasətçidir ki, biz onu bugün hələ ona layiq səviyyədə qiymət verə bilmirik. Necə ki, ulu öndərimiz Heydər Əliyevi zaman keçdikcə sanki yenidən kəşf edirik. Eləcə də İlham Əliyevi nəinki onun həyata keçirdiyi daxili və xarici siyasəti və ya ölkəmizdə getçəkləşdirilən misilsiz layihələri ilə, biz onun hər çıxışı ilə sanki yenidən kəşf edirik. Onun çıxışının hər bir cümləsi yaxın, orta və uzaq məsafə üçün ölkəmizin inkişaf strategiyası olmaqla hər birimizə ünvanlanan mesajlardır. Elə mesajlar ki, onların hər biri bizim üzərimizdə həm vətəndaşlıq, həm də vəzifə məsuliyyətidir. Bugün dünya qida böhranı ilə, daha açıq desək , çörək ilə dınağa çəkildiyi halda ölkəmizdə ən yüksək standartlarda quruculuq işləri görülür. Budur “İlham Əliyev fenomeni: Cocuq Mərcanlıdan Ağalıya”. Məhz bu fenomenal dövlət adamının və XXI əsrin müzəffər liderinin qətiyyəti, prinsipiallığı, yenilməzliyi və zəngin siyasi təcrübəsi sayəsində Azərbaycan nəinki bölgənin lider dövləti olacaq, Avrasiyanın ən önəmli ölkələrindən birinə çevriləcək. İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi Avrasiyanın şah damarı olacaq” deyən deputat o günün uzaqda olmadığını vurğulayıb.

M.İbrahimqızı bildirib ki, İlham Əliyevin bugünədək dediyi hər bir söz imzası kimi keçərli və gerçək olub. Onun sözlərinə görə, bu mənada istər ölkəmizdə hələ də fitnə törətməyə çalışan “5-ci kalon”un ünsürləri, istərsə də respublikamızda görülən möhtəşəm layihələrə uzaq-yaxın qonşu ölkələr tərəfindən yaradılan problemlər puça uğrayacaq: “ Necə ki, bu qüvvələr hər dəfə cəhd etməyə çalışdıqca ifşa olublar. Əminik ki, bundan sonra da ifşa olacaqlar”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR