• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Paris Minsk qrupunun əhəmiyyətsiz olduğunu anlayıb

 

SİYASƏT

25 Avqust 2022 | 11:45

Paris Minsk qrupunun əhəmiyyətsiz olduğunu anlayıb

“Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı olaraq Minsk Qrupunun “xitmətlərindən” imtina edib, Ukraynada apardığı işğalçı müharibə fonunda üzləşdiyi sanksiyalar səbəbindən Kreml də ABŞ-la birgə həmsədrlik institutundan vaz keçib, hətta ermənilərə simptasiya olan Paris mövcud şərtlər altında Minsk Qrupunun əhəmiyyətsiz olduğunu anlayıb, bircə üçüncü “həmsədr - Vaşinqton tutduğunu buraxmır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin edib:

“Rikerin səlahiyyətinin birinci hisssəsi normaldır, Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq “Minsk qrupu həmsədri” ifadəsi işləri korlayır. Yoxdur bu qrup, bu, bir tək bizim istəyimizlə bağlı deyil, Rusiya ABŞ-la bir masada oturmaq istəmir. Bu yaxınlarda görüşdüyüm amerikalı diplomata “Vaşinqton nədən Minsk qrupundan imtina etmir” sualını verdim və ona izah etməyə çalışdım ki, bu israrçılıq həm Azərbaycan-ABŞ münasibətlərinə lazımsız gərginlik yarada bilər, həm də Rusiyanın bölgədə möhkəmlənməsinə şərait yaradar ki, bu Vaşinqtonun maraqlarına uyğun olmamalıdır. Amerikalı diplomatın cavabı belə oldu ki, Kreml “Minsk qrupuna yox” dediyinə görə Vaşinqton bunun tərsini “Minsk qrupu davam etməlidir” demək məcburiyyətində qalıb. Yenə də izah etməyə çalışdım ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda fəallığının əleyhinə deyil, bunun üçün Minsk qrupu xaricində kifayət qədər alət var, onlardan istifadə etmək lazımdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026