• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ

SİYASƏT

23 Sentyabr 2022 | 21:55 | Müəllif: Subhan Mahmudov

XİN-dən ABŞ-ın Ermənistandakı səfirliyinə ÇAĞIRIŞ

"Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. 

"ABŞ səfirliyini bu kimi həssass məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə, Ermənisanın xeyrinə olan birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq.

Bu qəbildən olan yanaşma  regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur.

Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026