Türkiyə prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanın imzası ilə 6 ölkəyə yeni səfirlər təyin edilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Azərbaycan, Mozambik, İordaniya, Almaniya, Kuba və Birləşmiş Ərəb Əmirliklərinə yeni səfirlər təyin edilib.
Təyin olunan adlar aşağıdakılardır:
Azərbaycan səfirliyinə - Birol Akgün
Mozambik səfirliyinə -beynəlxalq hüquq üzrə baş direktor müavini Ferhat Alkan
İordaniya səfirliyinə - prezidentin baş müşaviri Yakup Caymazoğlu
Almaniya səfirliyinə - ikitərəfli əlaqələr üzrə baş menecer Gökhan Turan
Kuba Səfirliyinə - Dəstək Xidmətləri Baş Müdir müavini Aytaç Yılmaz
Birləşmiş Ərəb Əmirlikləri Səfirliyinə - Lütfullah Göktaş.
Mina Mikayılova